İbrahim Kalın Brett Mak Qurkun Türkiyəni hədəf alan ifadələrinə reaksiya göstərdi

Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın terror təşkilatı DEAŞ-la mübarizədə sabiq xüsusi nümayəndəsi Brett Mak Qurkun (Brett McGurk) Türkiyəni hədəf alan ifadələrinə reaksiya göstərdi.

1129344

Kalın Mak Qurkun "Washington Post" qəzeti üçün qələmə aldığı məqaləsində Türkiyə əleyhinə işlətdiyi ifadələrə "Twitter"dən cavab verdi.

Mak Qurkun ABŞ-ın Suriyadan çıxma qərarı ilə bağlı yazdığı məqaləsində Türkiyə əleyhinə olan və terror təşkilatlarını tərifləyən ifadələrinə cavab olaraq Kalın: "Səhv analiş etmisiniz. Türkiyəyə qarşı yönelttiğiniz ittihamlar tam mənada axmaqlıq və PKK-təbliğatının təkrarıdır. Türkiyə yüz minlərlə suriyalının, ərəblərin, kürdlərin, xristian ərəblərinin və digərlərinin həyatını xilas etdi. PKK-ya yeni bir həyat vermək istəyirsiniz. Bu, olmayacaq" iadələrini işlətdi.

Qeyd edək ki, Brett Mak Qurk məqaləsində Trampın Suriyadan çıxma qərarını tənqid edir, Türkiyənin etibarlı bir ortaq olmadığını iddia edir və terror təşkilatlarını təqdir edən ifadələr işlədir.

Әlaqәli Xәbәrlәr