Fuad Oqtay Kuba prezidenti ilǝ görüşüb

Türkiyǝ prezidentinin kömǝkçisi  Fuad Oqtay  Kubanın dövlǝt başçısı  Miqel Diaz Kanel ilə görüşüb.

1124133
Fuad Oqtay Kuba prezidenti ilǝ görüşüb

 

Türkiyǝ prezidentinin kömǝkçisi  Fuad Oqtay  Kubanın dövlǝt başçısı  Miqel Diaz Kanel ilə görüşüb.

Venesuela prezidenti Nikola Maduronun andiçmə mərasimində iştirak edən Fuad Oqtay Hərbi Akademiyada  Kubanın dövlǝt başçısı  Miqel Diaz Kanel ilə bir araya gǝlib.

Görüşdə 2015-ci ildə prezident Rəcəb Tayyib Ərdoğanın Kubaya etdiyi sǝfǝrlǝ  başlayan ikitərəfli münasibətlərin baş tutan görüşlǝ daha da güclǝndiyi ifadǝ edilib.

Görüşdǝ Kuba ilə hər sahədə ǝmǝkdaşlıq  imkanlarının inkişaf etdirilmǝsinin vacibliyi vurğulanıb.

Görüşdə  hǝmçinin Türkiyə-Kuba arasında 2019-cu ildǝ keçirilǝcǝk  ikitərəfli iqtisadi komissiya iclasının da gündǝmǝ gǝldiyi bildirilib.

Digər tərəfdən Türkiyǝ prezidentinin kömǝkçisi Fuad Oqtay  Fələstin Xarici İşlər naziri Riyad Malikini  də qəbul edib.

Fuad Oqtay  Türkiyənin hər zaman  Fələstin xalqının yanında  olduğunu   vurğulayıb.



Әlaqәli Xәbәrlәr