Cenevrәdә Türkiyә, Rusiya vә İranın XİN rәhbәrlәrinin görüşü olub
Nazirlәr Konstitusiya Komitәsinin yaradılması ilә bağlı mәsәlәni müzakirә ediblәr.
Türkiyә, Rusiya vә İranın xarici işlәr nazirlәri Suriya böhranının siyasi yolla hәll edilmәsi çәrçivәsindә bu gün İsveçrәnin Cenevrә şәhәrindә bir araya gәliblәr.
Nazirlәr Konstitusiya Komitәsinin yaradılması ilә bağlı mәsәlәni müzakirә ediblәr.
Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu Birlәşmiş Millәtlәr Tәşkilatının Cenevrәdәki qәrargahında Rusiyanın Xarici İşlәr naziri sergey Lavrov vә İranın Xarici İşlәr naziri Cavad Zәriflә görüşüb..
Görüşdәn әvvәl jurnalistlәrә bәyanat verәn Cavad Zәrif iclasın müsbәt nәticәlәnәcәyini ümid etdiklәrini deyib.
Birlәşmiş Millәtlәr Tәşkilatının Suriya üzrә xüsusi nümayәndәsi Steffan De Mistura (Staffan De Mistura) toplantıdan sonra nazirlәr vә nümayәndә heyәtlәrinin şәrәfinә ziyafәt verәcәk.
Ziyafәtdәn sonra iclasın ikinci hissәsi keçirilәcәk.
Steffan de Mistura vә üç zamin ölkәnin nazirlәrinin bu gün Konstitusiya Komitәsinin qurulduğunu elan etmәsi nәzәrdә tutulur.
Әlaqәli Xәbәrlәr
Ərdoğan: "İsrail Qəzzada ekoloji fəlakət törədir"
Prezident Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən COP29-un açılış mərasimində çıxış edib.