İstanbul Yeni Hava Limanı ilkin mərhələsinin açılışı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı "CAN" təyyarəsilə paytaxt Ankaradan qalxaraq İstanbulda yeni tikilən və dünyanın ən böyük hava limanının açılışını etmək üçün hava limanına endi.

1077721
İstanbul Yeni Hava Limanı ilkin mərhələsinin açılışı

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı "CAN" təyyarəsilə paytaxt Ankaradan qalxaraq İstanbulda yeni tikilən və dünyanın ən böyük hava limanının açılışını etmək üçün hava limanına endi.

  Açılış mərasimində Albaniya prezidenti İlir Meta, Qətər Dövlət əmiri Şeyx Təmim ibn Hamad əl-Tani, Qırğız Respublikasının prezidenti Sooronbay Ceenbekov, Kosovo prezidenti Haşim Thaçi, Şimali Kipr Türk Respublikasının prezidenti (Kıbrıs) Mustafa Akıncı, Makedoniya Respublikasının prezidenti Gyorge İvanov, Moldova prezidenti İqor Dodon, Pakistan prezidenti Arif Alvi, Serbiya prezidenti Aleksandr Vucic, Sudan prezidenti Ömər Həsən Əhməd əl-Bəşir, Bosniya və Herseqovina Nazirlər Şurasının sədri (baş nazir) Denis Zvizdic, Bolqarıstanın baş naziri Boyko Borisov, Konqo Demokratik Respublikasının baş nazirinin müavini, Nəqliyyat və Rabitə naziri, Sloveniya baş nazirinin müavini, İnfrastruktur naziri Alenka Bratusek, Gürcüstan Xarici İşlər naziri David Zalkaliani (heyət sədri), İran Xarici İşlər naziri Cavad Zərif, Moldova nümayəndə heyətinin sədri, Qaqauz Muxtar Vilayətinin başçısı İrina Vlah və b. iştirak etdi.

  Başa çatanda dünyanın ən böyük hava limanı olacaq İstanbuldakı yeni hava limanının ilkin mərhələsinin açılışında yerli və beynəlxalq media qurumları da var idi.  

  Açılış üçün hava limanına gələn qonaqları stilist Ettore Bilottanın dizayn verdiyi, klassik türk ornamentli yeni uniformall Türkiyə Hava Yollarının (THY) kabinə məmurları qarşıladı.

  Türkiyənin keçmiş baş nazirlərdən olan Tansu Çiller, həyat yoldaşı Özer Çiller, Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirören, o cümlədən, siyasət, incəsənət, idman və iş dünyasının çox sayda dəvətliləri də hava limanına gəlib.

  Fener Rum patriarxı Bartolomeos (Bartholomeos), Türkiyə Musəviləri (Yəhudilər) başçısı İsax Haleva Süryani, Pravoslav kilsəsi bənövşəyi filiksinosu Metropolit Yusuf Çetin də açılışda iştirak edib.   

  Mərasimə qatılacaq bir neçə THY təyyarəsi də hava limanına enib.

  Açılış ərəfəsində Okay Temiz, Roman Orkestri, Mədəniyyət və Turizm Nazirliyi Orkestri konsert proqramı təqdim edib.

  Hava limanı səhnəsində yer alan nəhəng ekranda İstanbulun tarixi və görməli yerlərinin fotoları əks olunub.



Әlaqәli Xәbәrlәr