Dünya şöhrətli lüks geyim markası Türkiyəyə böyük maraq göstərir.

Dünya şöhrətli lüks geyim markalarından biri olan Hermes Türkiyəyə böyük maraq göstərir.

945228
Dünya şöhrətli lüks geyim markası Türkiyəyə böyük maraq göstərir.

Dünya şöhrətli lüks geyim markalarından biri olan Hermes Türkiyəyə böyük maraq göstərir.
 
 Hermes İnternational İdarə Heyətinin üzvü Xavier Hermes  yaxın günlərdə Türkiyə ilə bağlı fürsətləri dəyərləndirəcəklərini bildirdi.
 
 Hermesin sahiblərindən biri, Xavier Hermes və İngiltərə şahzadəsi Maykl Franklin İstanbulda "Taksim 360" layihəsinin satış ofisində oldular.
 
  İstanbula turist kimi gələn Hermes və heyəti Bəyoğlu Bələdiyyəsinin sədri Əhməd Misbah Demircandan layihə haqqında məlumat aldılar.
 
 Xavier Hermes layihənin böyük səylərin nəticəsi olduğunu bildirərək, onun çox uğurlu olacağına inandığını dedi.
 
 Hermes şirkət olaraq gələcəkdə Türkiyəni daha yaxşı tanımaq üçün səy göstərəcəklərini, yeni sərmayələr üçün çalışacaqlarını bildirdi.
 
 İstanbulu çox sevdiyini bildirən Hermes: "Burada (Taksim 360) bir mənzilimin olmasını istərdim" dedi.
 
 Bəyoğlu Bələdiyyəsinin sədri Əhməd Misbah Dəmircan da layihənin olduğu ərazinin 120 il əvvəl inşa edildiyini xatırlatdı, yenidənqurmanın köhnə binaların ruhunu qoruyaraq həyata keçirildiyini qeyd etdi.
 
  Bölgənin turistlərin əsas maraq obyektlərindən biri olacağını vurğulayan Dəmircan  dünya şöhrətli markalardan buraya sərmayə qoymalarını gözlədiklərini söylədi.



Әlaqәli Xәbәrlәr