İstanbulda VIII Beynəlxalq İslam Forumu

Forumda Azərbaycanı Milli Məclisin deputatı Eldar Quliyevin rəhbərliyindəki nümayəndə heyəti təmsil edir.

920752
İstanbulda VIII Beynəlxalq İslam Forumu

  İslam dünyasının inkişaf edən tələblərə necə cavab verəcəyinin müzakirə ediləcəyi VIII Beynəlxalq İslam Forumu İstanbulda keçirilir.

  Forumda “İslam dünyasında birlik” məsələsi önəmli yer tutur.

  “Nəzəriyyə və praktikada ruhani hakimiyyət və inteqrasiya" ("Teori ve Pratikte Ruhani Otorite ve Entegrasyon") başlığı altında təşkil edilən forumda 40-dan çox ölkədən nümayəndələr iştirak edir.

  Milli Türk Tələbə Birliyinin sədri İsmayıl Əmrah Karayel forumdakı çıxışında söyləyib: “İslam dünyasının ən böyük problemlərdən biri ittifaq məsələsidir. Daim kiçilmə, ayrılma, parçalanma üzərindən bir-birimizlə döyüş vəziyyətindəyik."

  Türk Asiya Strateji Araşdırmalar Mərkəzi (TASAM) Baş Katibliyində keçirilən forumda çox sayda qadın və gənc də yer alır.

  İki gün davam edəcək forumda "Ortaq dəyərlər və fərqlər", "Müasir ictimai, siyasi və iqtisadi şərtlər qarşısında mənəvi və siyasi liderlik inşası imkanları" və s. mövzular müzakirə ediləcək.       

Forumda Azərbaycanı Milli Məclisin deputatı Eldar Quliyevin rəhbərliyindəki nümayəndə heyəti təmsil edir.



Әlaqәli Xәbәrlәr