Bəkir Bozdağ: "Venesiya Komissiyasının hesabatı mənfi rəy yaratma səyidir"

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Venesiya Komissiyasının Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı aprelin 16-da keçiriləcək referendum prosesinə dair hazırladığı hesabatın mənfi rəy yaratmaq səyi olduğunu bildirdi.

685768
Bəkir Bozdağ: "Venesiya Komissiyasının hesabatı mənfi rəy yaratma səyidir"

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Venesiya Komissiyasının Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı aprelin 16-da keçiriləcək referendum prosesinə dair hazırladığı hesabatın alman mediası tərəfindən yayılmasını şərh edərək:"Venesiya Komissiyası konstitusiya dəyişikliyi ilə bağlı hesabat hazırlayıb və bu hesabatı Avropa Şurasına təqdim etməyi nəzərdə tutur. Bu, Türkiyədə keçiriləcək referenduma təsir etmək və mənfi rəy yaratmaq səyidir" dedi.

  Bozdağ hesabatın gizli olmasına, hələ açıqlanmamasına rəğmən, mətbuata  sızdırılmasının etik olmadığını  və bu vəziyyətin qəbuledilməz olduğunu qeyd etdi.
 
 Bozdağ Venesiya Komissiyasının Türkiyədə hökumət sistemini dəyişdirən konstitusiya dəyişikliyinin Türkiyə Böyük Millət Məclisində qəbul edildikdən sonra Türkiyəyə gəldiyini xatırlatdı: " Venesiya Komissiyası Türkiyəyə məsləhət verərək konstitusiya dəyişikliyinin bəzi yerlərində müsbət dəyişikliklər edilməsini arzu edirsə, dəyişikliklər Konstitusiya Komissiyasında, Türkiyə Böyük Millət Məclisində müzakirə olunduğu zaman  bu istiqamətdə fikir bəyan etməli, və ya Türkiyəyə gəlib görüşlər keçirməli idi. Amma bu işlər bütün proses bitdikdən sonra aparılır. Komissiya tərəfindən hazırlanan hesabatın Türkiyəyə məsləhət verməklə heç bir əlaqəsi yoxdur. Çünki Məclis prosesi bitdi. Bundan sonra heç kimin bu mətnə toxunmağa imkanı yoxdur"
 

 Bəkir Bozdağ  Venesiya Komissiyasının referendum prosesinə dair hesabatının ədalətli və obyektiv olmadığını da qeyd etdi.



Әlaqәli Xәbәrlәr