Qədir gecəsi Türkiyənin hər yerində

Ayasofyada 85 ildən sonra sübh azanı oxundu

522559
Qədir gecəsi Türkiyənin hər yerində

  Qurani-Kərimin nazil edildiyi Qədir gecəsi Türkiyənin hər yerində qeyd olunub.

  İstanbulun Ayasofya Muzeyində təşkil edilən Qədir gecəsi proqramında Diyanət İşləri başçısı Mehmet Görmez, Ankara Universiteti İlahiyyat fakültəsinin müəllimi və müəzzin Fatih Koca və Beynəlxalq Qurani-Kərim oxuma müsabiqəsində dərəcə alan hafizlər iştirak edib. Onlar Qurani-Kərim və ilahilər oxuyub, İstanbul müftisi Rahmi Yaran dualar edib, sübh azanını isə müəzzin Fatih Koca çatdırıb.

  İstanbulda inşaatı davam edən Çamlıca məscidi Qədir gecəsinə görə xüsusi olaraq ilk dəfə ibadətə açılıb. Təxminən 10 min adamın olduğu məscid həyətində təravih namazı qılınıb.

  Qədir gecəsi Ankarada da səssiz ötüşməyib. İftardan əvvəl Beştepe Millət məscidinə gələn vətəndaşlar şam, işa və təravih namazları qılıb, oxunan Qurani-Kərim və ilahiləri dinləyiblər. Çoxluq olacağını qabaqcadan duyan insanlar özlərilə canamaz gətiriblər və məscid həyətində namaz qılıblar.

  İzmirlilər Qədir gecəsini Konak Meydanında qarşılayıb. Minlərlə adam eyni süfrədə iftar edib. Hamı birlikdə açıq havada təravih namazı qılıb. Mübarək gecədə əllər səmaya birlik və bərabərlik üçün qaldırılıb.

  Şırnakın Cizre qəsəbəsində müftülüyün təşkil etdiyi proqramda da çox sayda vətəndaş Qədir gecəsini birlikdə keçirib.



Әlaqәli Xәbәrlәr