İƏT-in Xlll sammiti başa çatdı

Türkiyənin Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Fələstin məsələsinin İslam dünyasının mübarizəsi kimi qəbul edilməsinin fələstinlilərin göstərdikləri şərəfli müqavimətə İslam dünyası olaraq verilən dəstəyin ən yüksək səviyyədə sübutu olduğunu dedi.

471672
İƏT-in Xlll sammiti başa çatdı

Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən Xlll sammitinin yekun iclasındakı çıxışında, birlik və bərabərliyi vurğuladı.

Sammit zamanı yaranan qardaşlıq mənzərəsinin əhəmiyyətli bir ismarıc olduğuna diqqət çəkən Ərdoğan: "Fələstinli qardaşlarımızı bu günə qədər heç vaxt tək buraxmamışıq. İnşallah heç vaxt tək qoymayacağıq. İslam aləmində çətinliklərin dəf olunması üçün ehtiyac duyduğumuz ən əhəmiyyətli şey birlik, bərabərlik və həmrəylikdir" deyə danışdı.

Prezident Ərdoğan Türkiyənin İslam Əməkdaşlıq Təşkilatına 2 milyon dollar bağışlayacağını bildirdi.

Sammitin yekun iclasında Fələstinlə bağlı qətnamə, İslam Əməkdaşlıq Təşkilatının 2016-2025-ci illər üçün Fəaliyyət proqramı, Yekun Kommünike və İstanbul Bəyannaməsi qəbul edildi.​

İslam ölkələri birliyinin möhkəmləndirilməsinin vurğulandığı yekun bəyannaməsində Fələstin məsələsinin həlli və Hərəmi Şərifin İslam torpağı olaraq qalması məsələsi istiqamətində səylərin davam edəcəyi bildirildi.

Bəyannamədə İsrail tərəfindən Fələstin torpaqlarının işğalı qınandı, paytaxtı Qüds olan suveren Fələstin Dövlətinin yaradılmasının zəruriliyi vurğulandı.

Bəyannamədə bütün ölkələrə Fələstini dövlət kimi tanımaq çağırışı edildi.

DEAŞ, Əl-Qaidə, PKK/YPD/YPG kimi terror təşkilatları ilə mübarizə də vurğulanan bəyannamədə Qərb dünyasına: "İslamofobiya ilə mübarizə məsələsində lazımi tədbirləri görün" çağırışı edildi.



Әlaqәli Xәbәrlәr