Dövlǝt başçısı Әrdoğan, Nyu Yorqda sǝfǝrdǝdir
Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan, BMT Baş Assambleyasının iclaslarında iştirak etmǝk mǝqsǝdiylǝ Nyu Yorqda sǝfǝrdǝdir.
Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan, BMT Baş Assambleyasının iclaslarında iştirak etmǝk mǝqsǝdiylǝ Nyu Yorqda sǝfǝrdǝdir.
Ötǝn gün görüşlǝr keçirmǝyǝ başlayan Dövlǝt başçısı ilk olaraq, Xarici Әlaqǝlǝr Şurasında çıxış edib.
Әrdoğan daha sonra BMT Baş katibi Pan Gi Mun ilǝ görüşüb. Görüşdǝ terrorla mübarizǝ, suriyalı qaçqınlar, uçuşa qadağan hava mǝkanı, Qıbrıs mǝsǝlǝsi, Qǝzza, Ukrayna, Somaliya humanitar yardım, mǝdǝniyyǝtlǝr ittifaqı, iqlim dǝyişikliyi, Ebola epidemiyası kimi mövuzlar müzakirǝ edilib.
BMT Baş katibi, Mosulda girov tutulan Türk vǝtǝndaşlarının salamat xilas edilmǝsi münasibǝtilǝ Türkiyǝni tǝbrik edib.
Dövlǝt başçısı Әrdoğan da, terrorla mübarizǝ mǝsǝlǝsindǝ, İraq vǝ Suriyanın sadǝcǝ bir ǝmǝliyyat sahǝsi kimi dǝyǝrlǝndirilmǝsinin lazım olduğunu bildirib vǝ terror tǝşkilatlarına dǝstǝk verilǝn mǝrkǝzlǝrin mǝhv edilmǝsi üçün addımlar atılmasının ǝhǝmiyyǝt daşıdığını vurğulayıb.
Digǝr tǝrǝfdǝn Dövlǝt başçısı Әrdoğan BMT Baş Asssambleyasının 69-cu sessiyası münasibǝtilǝ Türk evindǝ ziyafǝt verib.
Әlaqәli Xәbәrlәr
Ərdoğan: "İsrail Qəzzada ekoloji fəlakət törədir"
Prezident Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən COP29-un açılış mərasimində çıxış edib.