Azərbaycan-ŞKTR Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupu yaradıldı

Azərbaycan-ŞKTR Parlamentlərarası Əlaqələr İşçi Qrupunun sədri seçilən deputat Cavanşir Feyziyev sözügedən qərarı “tarixi addım” kimi qiymətləndirib

2125431
Azərbaycan-ŞKTR Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupu yaradıldı
Cavanşir Feyziyev.jpg

 

  Azərbaycan Milli Məclisində Azərbaycan-Şimali Kipr Türk Respublikası (ŞKTR) Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupu yaradılıb.

  Parlamentin növbədənkənar ümumi yığıncağında müzakirəyə çıxarılan Azərbaycan-ŞKTR Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun yaradılması haqqında qərar layihəsi ilk səsvermədə qəbul edilib.

  Azərbaycan-ŞKTR Parlamentlərarası Əlaqələr İşçi Qrupunun sədri seçilən deputat Cavanşir Feyziyev sözügedən qərarı “tarixi addım” kimi qiymətləndirib.

  Türk dövlətlərinin dünyadakı geosiyasi reallıqlara uyğun olaraq yürütdüyü siyasətə diqqət çəkən C.Feyziyev deyib: "Qloballaşma prosesindən maksimum səviyyədə faydalanmaq və türk sivilizasiyasının gələcəyini, dünya düzənindəki yerini və rolunu təmin etmək üçün müasir türk dövlətləri arasında inteqrasiya prosesləri məcburi xarakter alıb. ŞKTR ilə Azərbaycan arasında parlamentlər səviyyəsində sıx əməkdaşlığın əsaslarının qoyulması türk soylu dövlətlərin inteqrasiya prosesində ən uğurlu addımlardan biridir. Belə məsuliyyətli əməkdaşlıq prosesinin sədri seçilmək mənim üçün böyük şərəfdir. Bütün həmkarlarımızla birlikdə Türk dünyasının bütövlüyü və gələcək uğurları üçün çalışmağa davam edəcəyik”.

  Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar Azərbaycan-ŞKTR Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupun yaradılması ilə bağlı rəsmi “X” hesabında paylaşım edərək bildirib:”Azərbaycan-Şimali Kipr Türk Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupun yaradılması münasibətilə "Türk dünyası bizim ailəmizdir. Türk dünyası ilə əlaqələrimizi gücləndirməliyik. Azərbaycan prezident İlham Əliyevə təşəkkürümü bildirirəm”.



Әlaqәli Xәbәrlәr