Kütləvi məzarlıqda aşkarlanan 7 nəfərin cənazəsi Xocalı Şəhidlər Xiyabanında dəfn edildi

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan Rusiya silahlı qüvvələrinin köməyilə Qarabağın Xocalı şəhərinə hücum edərək müdafiəsiz 613 Azərbaycan vətəndaşı, o cümlədən 106 qadın, 70 qoca və 63 uşağa qarşı qətliam törədiblər

2122678
Kütləvi məzarlıqda aşkarlanan 7 nəfərin cənazəsi Xocalı Şəhidlər Xiyabanında dəfn edildi

 

  Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərin cənazəsi Xocalıda yeni salınan Şəhidlər xiyabanında dəfn edilib. Bu barədə AZƏRTAC-ın Xocalıya ezam olunmuş əməkdaşı xəbər verir.

  Dəfn mərasimində mərhumların yaxınları, dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bərdə rayonunda məcburi köçkünlər üçün salınmış şəhərcikdə baş tutan vida mərasimində Xocalı soyqırımı qurbanlarının yaxınları, dövlət qurumlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

  Dəfn olunan şəxslər aşağıdakılardır:

1. Əliyev Ağaəli Naib oğlu – Təvəllüdü: 01.06.1933-cü il

2. Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933-cü il

3. Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974-cü il

4. Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935

5. Cavadov Əli Müsül oğlu - 15.06.1954-cü il

6. İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955-ci il

7. Nəcəfov Şiraslan Qəmiş oğlu – 1952.

  Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan Rusiya silahlı qüvvələrinin köməyilə Qarabağın Xocalı şəhərinə hücum edərək müdafiəsiz 613 Azərbaycan vətəndaşı, o cümlədən 106 qadın, 70 qoca və 63 uşağa qarşı qətliam törədiblər. Xocalıda 1275 azərbaycanlı erməni silahlıları tərəfindən əsir götürülüb, onlardan 150 nəfərdən xəbər alınmayıb və itkin düşmüş kimi qeydə alınıb.



Әlaqәli Xәbәrlәr