“Qərb ölkələri İslamofobiyanı dövlət siyasətinin tərkib hissəsinə çevirib”, İ.Əliyev

Paytaxt Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayan İ.Əliyev deyib ...

2112896
“Qərb ölkələri İslamofobiyanı dövlət siyasətinin tərkib hissəsinə çevirib”, İ.Əliyev

 

  Azərbaycan prezidenti İlham Əliyev Qərb ölkələrindəki anti-islam meyillərini tənqid edib.

  Paytaxt Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayan İ.Əliyev deyib: Dünyada islamofobiya meyilləri sürətlə artır, müsəlmanlara qarşı ayrı-seçkilik və açıq nifrətin gündən-günə daha geniş vüsət aldığının şahidi oluruq.

  İslamofobiyanı özünü demokratik sayan bəzi Qərb ölkələri dövlət siyasətinin tərkib hissəsinə çevirib. Qurani-Kərimin yandırılması, Məhəmməd peyğəmbərin karikaturalarının dərci kimi təhqiramiz əməllər ifadə azadlığı kimi təqdim edilir.

  Fransa ənənəvi neokolonializm siyasətindən əlavə, müsəlmanlara qarşı açıq təzyiq və ayrı-seçkilik siyasəti, İslam əleyhinə müxtəlif kampaniyalar həyata keçirir.

  Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası anti-islamizmi təşviq edən platformaya çevrilib.

  Bəzi qlobal media qurumları da bu tendensiyaya qapılıb və anti-İslam fəaliyyətləri ilə məşğul olur, İslamı terrorla eyniləşdirilməyə çalışır.

  Azərbaycan da islamofobiyadan əziyyət çəkən ölkədir.

  21-ci əsrdə islamafobiya, ksenofobiya və irqçiliyə yer olmamalıdır”.



Әlaqәli Xәbәrlәr