Ceyhun Bayramov Ermənistanla danışıqlar üçün Almaniyaya gedib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasına işgüzar səfərə yola düşüb.

2108282
Ceyhun Bayramov Ermənistanla danışıqlar üçün Almaniyaya gedib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasına işgüzar səfərə yola düşüb.

Səfər çərçivəsində Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş” layihəsi üzrə danışıqların növbəti raundunun, habelə Almaniyanın rəsmi şəxsləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Almaniya Xarici İşlər Nazirliyinin rəsmilərindən əldə edilən məlumata görə, Bayramov və Mirzoyan Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə üçtərəfli görüş keçirəcək.

Berbok Xarici İşlər Nazirliyinin qonaq evi kimi istifadə edilən Villa Borsiqdə əvvəlcə Ermənistanın xarici işlər naziri Mirzoyan, daha sonra isə Azərbaycanın xarici işlər naziri Bayramovla ayrı-ayrılıqda görüşəcək.

Bu görüşlərdən sonra üçtərəfli görüş keçiriləcək.

Almaniyada keçirilən 60-cı Münhen Təhlükəsizlik Konfransında görüşən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın verdiyi tapşırıqlara əsasən, Bayramov və Mirzoyan fevralın 28-29-da görüşəcəklər.



Әlaqәli Xәbәrlәr