“Qazaxıstan və Özbəkistan arasındakı razılaşmalar Orta Asiyanın inkişafına da təsir edir”

Özbəkistanın xarici işlər naziri Bəxtiyar Saidov ilk rəsmi səfərini Qazaxıstana edib, paytaxt Astanada Qazaxıstan baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtileu ilə görüşüb

2104368
“Qazaxıstan və Özbəkistan arasındakı razılaşmalar Orta Asiyanın inkişafına da təsir edir”

 

  Qazaxıstan və Özbəkistan ikitərəfli ticarət dövriyyəsini 10 milyard dollara çatdırmaq barədə razılığa gəliblər.

  Özbəkistanın xarici işlər naziri Bəxtiyar Saidov ilk rəsmi səfərini Qazaxıstana edib, paytaxt Astanada Qazaxıstan baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtileu ilə görüşüb. İki nazir təkbətək və heyətlərarası görüş, daha sonra birgə mətbuat konfransı keçirib.

  Murat Nurtileu burada verdiyi açıqlamada ölkəsi ilə Özbəkistan arasında münasibətlərin müttəfiqlər səviyyəsinə yüksəldilməsi və sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı 2022-ci ildə imzalanan tarixi razılaşmaların Qazaxıstan-Özbəkistan qarşılıqlı fəaliyyətində yeni səhifə açdığını bildirərək deyib: “Qazaxıstan və Özbəkistan arasında əldə olunan razılaşmalar Orta Asiya regionunda sabitlik və inkişafa da təsir edir. Hələlik iki ölkə arasında həllini tapmayan bir problem yoxdur. Bunun gələcəkdə də davam edəcəyinə tam əminəm.

  Qarşılıqlı ticarət son illərdə davamlı olaraq artıb. İki ölkə arasındakı ticarəti 10 milyard dollara çatdırmaq üçün razılaşdıq.

  Region xalqları üçün vacib olan su və enerji məsələləri, iki ölkənin nəqliyyat potensialını artıracaq yeni dəmir yollarının tikintisi layihələrini müzakirə etdik.

  Mən onları əmin etdim ki, biz Özbəkistan yük maşınlarının sərhədlərimizdən keçməsini asanlaşdırmaq üçün necə lazımdır, elə çalışacağıq.

  Özbəkistanın xarici işlət naziri B.Saidov da görüşlərin son dərəcə məhsuldar keçdiyini bildirib və deyib: “Biz bu ilin liderlərimiz arasında qarşılıqlı görüşlərlə dolu il olacağını gözləyirik”.



Әlaqәli Xәbәrlәr