Abdulkadir Uraloğlu qırğızıstanlı həmkarı ilə görüşüb

Abdulkadir Uraloğlu bildirib ki, quru yol nəqliyyatında atılacaq yeni addımlar Türkiye-Qırğızıstan əlaqələrini, eləcə də şərq və qərb arasında ticarəti yaxşılaşdıracaq.

2099721
Abdulkadir Uraloğlu qırğızıstanlı həmkarı ilə görüşüb

Türkiyenin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, quru yol nəqliyyatında atılacaq yeni addımlar Türkiye-Qırğızıstan əlaqələrini, eləcə də şərq və qərb arasında ticarəti yaxşılaşdıracaq.

Türkiye-Qırğızıstan Birgə İqtisadi Komissiyasının 11-ci toplantısı üçün Ankarada qırğızıstanlı həmkarı Tilek Tekebaev və onu müşayiət edən nümayəndə heyətini qəbul edən nazir Uraloğlu toplantıda Türkiye və Qırğızıstanın çətin və bir o qədər dəyərli coğrafiyada yerləşdiyini bildirib.

Abdulkadir Uraloğlu Türk Dövlətləri Təşkilatının son dövrlərdə oynadığı rolun çox dəyərli olduğuna diqqət çəkib və deyib:

"İlk dəfədir bir masa ətrafında toplaşırıq. Biz "Türkiye əsri" deyirik, Türk dövlətləri təşkilatları "Türk əsri" deyir. Bu, bizim üçün də həqiqətən dəyərlidir".

Nazir Uraloğlu quru yol nəqliyyatı baxımından atılacaq yeni addımların da iki ölkə arasındakı əlaqələrin inkişafına əhəmiyyətli töhfə verəcəyini ifadə edərək deyib:
"Quru Nəqliyyatı Müştərək Komissiyasının iclası sonuncu dəfə 2021-ci ildə keçirilib. İclasda ikitərəfli və tranzit daşımaların liberallaşdırılması qərara alınıb. Bu qərarla tədarük zəncirindəki dəyişikliklər və avtomobil daşımalarına artan tələbat nəzərə alınaraq, ölkələrimiz arasındakı ticarətlə yanaşı şərq və qərb arasındakı ticarət yaxşılaşacaq, Orta Dəhliz güclənəcək."

Qırğızıstanın nəqliyyat və kommunikasiya naziri Tilek Tekebaev də logistikanın iqtisadiyyatın mühüm bir hissəsi olduğunu vurğulayaraq, bunları deyib:

"Görüşlərimiz çox məhsuldar keçdi. Qırğızıstanla Türkiye arasında ticarət əlaqələri son zamanlar sürətlə artmaqdadır. Biz bunun ən yaxşı nümunəsini yükdaşımaların artmasında görürük. Yol nəqliyyatı sahəsində bağlanacaq razılaşmalar da bu mənada çox vacibdir. Alternativ dəhlizlərə nəzər salsaq, "Türkiye ilə əməkdaşlığı gücləndirməyə çalışırıq. Türkiye Cümhuriyyəti ilə Qırğızıstan Respublikası arasında nəqliyyat sahəsində əməkdaşlıq artırılacaq".



Әlaqәli Xәbәrlәr