Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndidə səs veriblər.

2098596
Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir

Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs veriblər.

Bildirilir ki, seçicilər səs vermək üçün məntəqələrə axışırlar. Məntəqələrdə seçici fəallığı hiss olunur. Seçici fəallığı hər məntəqədə müşahidə edilir.

Türkiyedəki Azərbaycan vətəndaşları isə 5 məntəqədə səs verirlər.

Azərbaycanın Türkiyedəki diplomatik nümayəndəliklərində prezident seçkiləri ilə əlaqədar səsvermə yerli vaxtla saat 08:00-da başlayıb.

Azərbaycanın Türkiyedəki səfirliyində 46 və 47, İstanbuldakı baş konsulluğunda 53 və 54, Qarsdakı baş konsulluğunda isə 55 saylı seçki məntəqələri yaradılıb.

Türkiyedə daimi və ya müvəqqəti yaşayan, uzunmüddətli ezamiyyətdə və ümumiyyətlə hazırda Türkiyedə olan 18 yaşı tamam olmuş, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları yerli vaxtla saat 19:00-dək seçki məntəqələrində səsvermə hüququnu həyata keçirə bilərlər.

Qeyd edək ki, diplomatik nümayəndəliklərin əhatə dairələrində azərbaycanlıların seçki məntəqələrinə rahat gəliş-gedişini təmin etmək üçün xüsusi avtobus səfərləri təşkil olunub.

Xatırladaq  ki, bu, Azərbaycan Prezidenti postu uğrunda keçirilən IX rəsmi ümummilli seçkidir və prezident seçilən şəxsin səlahiyyət müddəti 7 il olacaq.

Ölkə üzrə 125 seçki dairəsi üzrə 6 319 seçki məntəqəsi var, onların 26-sı azad olunmuş ərazilərdə yerləşdirilib.

Mərkəzi Seçki Komissiyası 7 nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Onlar hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyevdir.



Әlaqәli Xәbәrlәr