Sabah Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək

Ölkənin hazırda vəzifədə olan Prezident İlham Əliyevin də yenidən namizəd olduğu seçkidə 7 namizəd ölkəni 7 il müddətinə idarə etmək üçün mübarizə aparacaq.

2098445
Sabah Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək

Ölkənin hazırda vəzifədə olan Prezident İlham Əliyevin də yenidən namizəd olduğu seçkidə 7 namizəd ölkəni 7 il müddətinə idarə etmək üçün mübarizə aparacaq.

Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkiləri üçün daxildə və xaricdə 6 min 537 seçki qutusu istifadəyə verib.

Son məlumatlara görə, ölkədə təxminən 6,5 milyon seçici qeydiyyatdadır.

Xaricdə yaşayan Azərbaycan vətəndaşları yaşadıqları ölkələrdəki Azərbaycan səfirliklərində qoyulmuş seçki qutularında səs verəcəklər.

Seçkiləri müxtəlif beynəlxalq təşkilatlardan və ölkələrdən 800-ə yaxın xarici, 90 min yerli müşahidəçi izləyəcək.

Seçkiləri yerli mətbuatla yanaşı, 200-ə yaxın xarici jurnalist də izləyəcək.

Səsvermə yerli vaxtla saat 08.00-da başlayacaq və 19.00-da başa çatacaq.

MSK tərəfindən prezidentliyə namizəd kimi 7 nəfər qeydiyyata alınıb - hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.



Әlaqәli Xәbәrlәr