“Qıbrız dövlət varlığı dövrünün başlanğıcındadır”, N.Kurtulmuş

N.Kurtulmuş TBMM-də ŞKTR Cümhuriyyət Məclisinin sədri Zorlu Törə ilə təkbətək görüşündə deyib ...

2093173
“Qıbrız dövlət varlığı dövrünün başlanğıcındadır”, N.Kurtulmuş

 

  Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş bildirib ki, Şimali Kipr Türk Respublikası (ŞKTR) hazırda beynəlxalq aləmdə dövlət olaraq varlığını qura biləcəyi bir dövrün başlanğıcındadır.

  N.Kurtulmuş TBMM-də ŞKTR Cümhuriyyət Məclisinin sədri Zorlu Törə ilə təkbətək görüşündə deyib: “Qıbrız məsələsi bizim milli məsələmizdir. Türkiyə Cümhuriyyəti və Qıbrız tam inteqrasiya və tam anlaşma birliyi içərisindədir. Şimali Kipr hazırda beynəlxalq arenada bir dövlət olaraq varlığını qura biləcəyi dövrün başlanğıcındadır".

  Qıbrız Barış Hərəkatından 50, Şimali Kipr Demokratik Respublikasının yaranmasından 40 il keçdi, bu il 41-ci ildönümü olacaq. Qıbrız türk dövləti indi bütün qurum və təşkilatları ilə müstəqil və qüdrətli bir dövlət olaraq göz qabağındadır. Bundan sonra da Allahın izni ilə adadakı qıbrız türklərinin hüquq və qanunlarını qoruyacağıq. Qıbrız Şərqi Aralıq dənizi və beynəlxalq arenada hər gün daha çox tanınmaqdadır. Ümid edirəm ki, ən qısa zamanda dünyada ciddi şəkildə tanınan bir ökəyə çevriləcək."

  Şimali Kipr Türk Respublikası parlamentinin sədri Zorlu Töre də öz çıxışında “Vətənimiz Türkiyənin və Türkiyə Böyük Millət Məclisinin hər zaman dəstəyini və köməyini görmüşük. Biz birlikdə yolumuza davam edəcəyik" deyib.



Әlaqәli Xәbәrlәr