Qırğızıstan yenilənmiş bayrağını təntənəli şəkildə ucaltdı

Xatırladaq ki, 2023-cü il dekabrın 20-də Qırğızıstan parlamentində “Dövlət rəmzləri haqqında” qanuna dəyişiklik barədə layihə qəbul olunub

2085734
Qırğızıstan yenilənmiş bayrağını təntənəli şəkildə ucaltdı

 

  Paytaxt Bişkekin "Ala-Too" əsas meydanında Qırğızıstanın yenilənmiş dövlət bayrağının təntənəli ucaldılma mərasimi keçirilib.

Tədbirdə Qırğızıstan Nazirlər Kabinetinin sədri Akılbek Japarov, dövlət katibi Suyunbek Kasmambetov və digər rəsmi şəxslər iştirak ediblər.

  Xatırladaq ki, 2023-cü il dekabrın 20-də Qırğızıstan parlamentində “Dövlət rəmzləri haqqında” qanuna dəyişiklik barədə layihə qəbul olunub. Dekabrın 22-də prezident Sadır Japarov dövlət bayrağının dəyişdirilməsi haqqında qanun layihəsini imzalayıb. 2024-cü il yanvarın 1-də səhər saatlarında ölkənin fərqli dizaynlı dövlət bayrağı qaldırılıb.



Әlaqәli Xәbәrlәr