Türkmənistanın XİN rəhbəri Rəşid Meredov Əfqanıstana işgüzar səfər edib

Əfqanıstana işgüzar səfər edən Türkmənistanın xarici işlər naziri Rəşid Meredov Taliban administrasiyasının xarici işlər nazirinin müavini Emirhan Muttaki ilə görüşüb.

2077981

Türkmənistan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir Meredovun rəhbərlik etdiyi nümayəndə heyəti Əfqanıstanın Herat vilayətinə işgüzar səfərə gedib.

Səfər çərçivəsində Meredov Taliban administrasiyasının xarici işlər nazirinin müavini Emirhan Muttaki ilə görüşüb.

 Meredov ilə Muttaki və onları müşayiət edən nümayəndə heyəti Türkmənistan və Əfqanıstan şirkətləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən enerji və nəqliyyat layihələrini araşdırıblar.

Türkmənistan nümayəndə heyəti Taliban administrasiyasının mədən və neft nazirinin müavini Şahabuddin Dilavər, eləcə də sənaye və ticarət nazirinin müavini Nurəddin Əzizi ilə görüşüb.

Danışıqlar zamanı ikitərəfli əməkdaşlığı əhatə edən müxtəlif məsələlər müzakirə olunub.

Tərəflər Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPİ) Təbii Qaz Boru Kəməri Layihəsini, Türkmənistan-Əfqanıstan-Pakistan Yüksək Gərginlikli Elektrik Xətti Layihəsini və Əfqanıstanın dəmir yolu infrastrukturunun genişləndirilməsini müzakirə ediblər.

Әlaqәli Xәbәrlәr