Qırğızıstan bayrağını dəyişmək qərarı verdi

Qırğızıstan parlamentinin sədri Nurlanbek Şakiyevin sədrliyi ilə keçirilən “Qırğızıstan Respublikasının dövlət rəmzləri haqqında” qanuna dəyişiklik edilməsi haqqında qanun layihəsi səsverməyə çıxarılıb

2070594
Qırğızıstan bayrağını dəyişmək qərarı verdi

 

  Qırğızıstan parlamenti ölkə bayrağının dəyişdirilməsini təklif edən qanun layihəsini birinci oxunuşda qəbul edib.

  Qırğızıstan parlamentinin sədri Nurlanbek Şakiyevin sədrliyi ilə keçirilən “Qırğızıstan Respublikasının dövlət rəmzləri haqqında” qanuna dəyişiklik edilməsi haqqında qanun layihəsi səsverməyə çıxarılıb.

  Milli Məclisin Konstitusiya Komitəsində də müzakirəyə çıxarılan qanun layihəsi ilə ölkə bayrağındakı dalğa şəklindəki günəş şüalarının düzləşdirilməsi və ortasındakı motivin içindəki xətlərin sayının 3-dən 4-ə çatdırılması təklif edilib.

  N.Şakiyev və deputat Ulan Primov tərəfindən hazırlanan qanun layihəsi birinci oxunuşda qəbul olunub.

  90 yerlik parlamentdə səsvermədə iştirak edən 74 deputatdan 66-sı lehinə səs verib.

  Sözügedən qanun layihəsi parlamentdə ikinci və üçüncü oxunuşda iştirakçıların əksəriyyətinin razılığını aldıqdan sonra təsdiq üçün prezidentə təqdim olunacaq.

  Qeyd edək ki, 1991-ci il avqustun 31-də müstəqilliyini əldə edən Qırğızıstan bayrağı haqqında qanunu ilk dəfə 1992-ci il martın 3-də çıxıb. Ölkədə Dövlət Bayrağı Günü hər il martın 3-də rəsmi tədbirlərlə qeyd olunur.

  Qırğızıstan bayrağında qəhrəmanlıq və sülhü simvolizə edən qırmızı parçanın ortasında dairəvi günəş diskinin ətrafında 40 qırğız tayfasını təmsil edən 40 qollu dalğavari günəş şüası var.

 



Әlaqәli Xәbәrlәr