Zorlu Töre:“İsrailin məqsədi ''Həmas'' deyil, Fələstini xəritədən tamamilə silməkdir”

Şimali Kıbrıs Türk Respublikasının (KKTC) Respublika Məclisinin sədri Zorlu Töre İsrailin Qəzzaya hücumlarına münasibət bildirib.

2061407
Zorlu Töre:“İsrailin məqsədi ''Həmas'' deyil, Fələstini xəritədən tamamilə silməkdir”

Şimali Kıbrıs Türk Respublikasının (KKTC) Respublika Məclisinin sədri Zorlu Töre İsrailin Qəzzaya hücumlarına münasibət bildirib.
“İsrailin məqsədi ''Həmas'' deyil, Fələstini xəritədən tamamilə silməkdir”,-deyə Zorlu Töre qeyd edib.
İsrailin mühasirə altındakı Qəzza zolağındakı mülki şəxslərə, xəstəxanalara və məktəblərə hücumları ilə bağlı mətbuata açıqlama verən Zorlu Töre deyib: "Qəzzada soyqırım törədilir. İsrailin törətdiyi soyqırım utancverici bir şeydir. Birləşmiş Millətlər Təşkilatının (BMT) heç bir faydası yoxdur. Etiraz aksiyaları İsraili dayandırmaq üçün kifayət etmir, çünki İsrailin arxasında Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı var''.
BMT Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı ədalətli davranmadığını bildirən Zorlu Töre İsrailin təcavüzünü dayandırmaq üçün müsəlman ölkələrinin birlik və həmrəylik içində olması lazım olduğuna diqqət çəkib.
Zorlu Töre İsrailin Qəzzada dinc əhaliyə qarşı hücumlarını "dövlət terroru" kimi qiymətləndirib və beynəlxalq ictimaiyyətin İsrailin törətdiyi vəhşilikləri dayandırmaq üçün bir yol tapmalı olduğunu vurğulayıb.
"İsrailin məqsədi Həmas deyil, Fələstini xəritədən tamamilə silməkdir. "Həmas''ı yox etmək istədiyini iddia edərək dinc əhalini qətlə yetirirlər. Uşaqları, hamilə qadınları qətlə yetirir, xəstəxanaları vurur, binaları dağıdırlar. İsrail bu gün rəsmi olaraq hərbi cinayət törədir. İnsan hüquqları məhkəmələri haradadır? BMT haradadır? Aİ haradadır? Beynəlxalq təşkilatlar haradadır? Hamısı İsrailin vəhşiliyini izləyir'',-deyə Zorlu Töre söyləyib.
Qeyd edək ki, İsrail ordusunun oktyabrın 7-dən bu yana Qəzzaya təşkil etdiyi hücumlarda on mindən çox adam həlak olub.



Әlaqәli Xәbәrlәr