C.Bayramov:'Türkiyenin 100 illiyi bütün türk dünyası üçün əhəmiyyətli bir tarix və qürur mənbəyidir'

Ceyhun Bayramov Türkiye Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı açıqlama verib.

2056953
C.Bayramov:'Türkiyenin 100 illiyi bütün türk dünyası üçün əhəmiyyətli bir tarix və qürur mənbəyidir'

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyenin beynəlxalq səviyyədə uğurlu vasitəçilik rolunu günü-gündən artırdığını bildirib və deyib:''Türkiye müxtəlif sahələrdə liderliyini bütün dünyaya sübut edən, tam müstəqil daxili və xarici siyasət aparan, beynəlxalq səviyyədə strateji tərəfdaşlarının sayını artıran bir dövlətə çevrilib”.
Ceyhun Bayramov Türkiye Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı açıqlama verib.
Ceyhun Bayramov deyib:"Türkiyenin 100 illiyi təkcə qardaş ölkə deyil, bütün türk dünyası üçün çox əhəmiyyətli bir tarix və qürur mənbəyidir.Türkiye müxtəlif sahələrdə liderliyini bütün dünyaya sübut edən, tam müstəqil daxili və xarici siyasət aparan, beynəlxalq miqyasda strateji tərəfdaşlarının sayını artıran dövlətə çevrilib.Bu gün qardaş ölkəmiz dünyanın aparıcı güc mərkəzləri tərəfindən qəbul edilən və hörmət edilən nadir ölkələrdəndir. Bu, bizi sevindirir”.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiye ordusunun dünyanın ən güclü ordularından biri olduğunu vurğulayaraq deyib: "Türkiyenin müdafiə sənayesi bütün dünyanı heyrətləndirməyə davam edir. Bu, Türkiyənin gücünü artırır".
Ceyhun Bayramov bildirib ki, Türkiye iqtisadi və elmi potensialı sayəsində yeni texnologiyalar ölkəsinə çevrilib.

Türkiye Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Azərbaycan Respublikasının üçüncü prezidenti Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamlarını xatırladan Ceyhun Bayramov deyib: "Onlar münasibətlərimizin nə qədər dərin olduğunu qısa sözlərlə çox gözəl ifadə ediblər. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı dostluq, qardaşlıq münasibətləri və onların bu əlaqələrə nə qədər önəm verdiyi göz qabağındadır. Bu əlaqələr son illərdə sürətlə inkişaf edərək, tarixi Şuşa Bəyannaməsi ilə strateji səviyyədən müttəfiqlik səviyyəsinə yüksəlib. Xüsusilə vurğulamaq istərdim ki, bunun arxasında xalqımızın iradəsi və liderlərimizin qardaşlıq münasibətləri dayanır”.



Әlaqәli Xәbәrlәr