İlham Əliyev : "Qarabağ münaqişəsi mövzusu bağlandı birdəfəlik"

Azərbaycan Prezidenti İlham Əliyev “Füzuli Şəhəri Günü” və şəhərin azad edilməsinin üçüncü ildönümü münasibətilə füzulililəri təbrik edib.

2052129
İlham Əliyev : "Qarabağ münaqişəsi mövzusu bağlandı birdəfəlik"

Azərbaycan Prezidenti İlham Əliyev “Füzuli Şəhəri Günü” və şəhərin azad edilməsinin üçüncü ildönümü münasibətilə füzulililəri təbrik edib.

Prezident İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib:

"Füzuli indi tamamilə yenidən qurulur. Dünən burada olarkən bir neçə önəmli obyektin təməlini qoyduq. İki kəndin, uşaq bağçasının, idman kompleksinin, yeni yaşayış məhəllələrinin, inzibati mərkəzin təməli qoyuldu".

“Yəni, aylar keçdikcə burada yaşayanların sayı da təbii ki, artacaq. Mənə dünən məlumat verildi ki, 800-dən çox insan artıq yerləşib. İlin sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacaq. Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq”, - deyə dövlət başçısı vurğulayıb.

Dövlət başçısı onu da deyib ki, bir çoxları təkrarlayırdılar ki, münaqişənin hərbi həlli yoxdur. Biz göstərdik ki, var və bu yaxınlarda bir daha göstərdik, bu mövzu bağlandı! Qarabağ münaqişəsi mövzusu bağlandı birdəfəlik! Separatçıların kitabı bağlandı birdəfəlik! Bu, böyük xoşbəxtlikdir. Bu gün bu bayram gününü qeyd edərkən, təbii ki, əziz şəhidlərimizin xatirəsinə hamımız bir daha öz dərin ehtiramımızı ifadə edirik. 

Qeyd edək ki, Füzulinin şəhər mərkəzi və onun əksər kəndləri 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal olunub.

Ərazisi 1386 kvadrat kilometr olan Füzulidə işğaldan əvvəl 144 min azərbaycanlı yaşayıb.

Məlumdur ki, Füzuli 1990-cı illərdə erməni silahlı qüvvələrinə qarşı 1100-dən çox şəhid verib.

Azərbaycan Ordusu 2020-ci il oktyabrın 17-də Füzulini işğaldan azad edib.

 



Әlaqәli Xәbәrlәr