Şarl Mişel: “Azərbaycan və Ermənistan liderləri oktyabrın sonunda Brüsseldə görüşəcəklər”

Azərbaycan və Ermənistan liderlərinin oktyabrın sonunda Belçikanın paytaxtı Brüsseldə görüşəcəyi bildirilirdi.

2047345
Şarl Mişel: “Azərbaycan və Ermənistan liderləri oktyabrın sonunda Brüsseldə görüşəcəklər”

Azərbaycan və Ermənistan liderlərinin oktyabrın sonunda Belçikanın paytaxtı Brüsseldə görüşəcəyi bildirilirdi.

Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişel İspaniyanın Qranada şəhərində keçirilən Aİ liderlərinin qeyri-rəsmi sammitindən əvvəl  jurnalistlərə verdiyi açıqlamada Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı Brüsselə dəvət etdiyini bildirib.

Liderlərin görüşə gəlməyə razılıq verdiyini bildirən Şarl Mişel oktyabrın sonunda Brüsseldə üçtərəfli görüşün keçiriləcəyini açıqlayıb.

Xatırladaq ki, ötən gün Avropa İttifaqı Şurasının rəhbəri, həmçinin Fransa və Almaniya liderləri Emmanuel Makron və Olaf Şolts Qranadada Ermənistanın baş naziri Nikol Paşinyanla görüş keçiriblər. Azərbaycan Prezidenti İlham Əliyev bu görüşdə iştirak etməyib.



Әlaqәli Xәbәrlәr