İlham Əliyev:'' Qafqazda sülh və sabitliyin təmin olunmasını istəyirik''

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycana qarşı planlar quranlara deyib: “Bizim səbrimizlə oynamayın''.

2044319
İlham Əliyev:'' Qafqazda sülh və sabitliyin təmin olunmasını istəyirik''

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycana qarşı planlar quranlara deyib: “Bizim səbrimizlə oynamayın. Biz bu torpaqları bərpa etmək və soydaşlarımızı öz vətənlərinə qaytarmaq istəyirik. Biz Qafqazda sülh və sabitliyin təmin olunmasını istəyirik. Bu mümkündür və seçim Ermənistanındır".

Sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib.

Mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın işğalı dövründə Zəngilan daxil olmaqla bölgədəki bütün yaşayış məntəqələrinin dağıdıldığını xatırladaraq rayonu sıfırdan inşa etdiklərini bildirib.

İlham Əliyev Azərbaycan torpaqlarının işğalından tutmuş 2-ci Qarabağ müharibəsi və sentyabrın 19-da keçirilən lokal xarakterli antiterror tədbirlərinə qədər ATƏT-in Minsk qrupunun uğursuz vasitəçilik fəaliyyətindən danışıb.

Lokal xarakterli antiterror tədbirlərinin 24 saatdan az davam etdiyini xatırladan İlham Əliyev deyib: "Davam etmədik. Çünki davam etməyə niyyətimiz yox idi. İstədiyimiz yerdə dayana bilərdik. Bunu demək o qədər də çətin deyil. Amma niyyətimiz bu deyildi. Biz Ermənistanın ərazi bütövlüyünü tanıyırıq və bunda səmimiyik. Niyyətimiz başqa olsaydı, sentyabrın 20-də əməliyyat dayanmazdı. Bunu hamının bilməsini istəyirəm. Ermənistan rəhbərliyi və onların arxasında duranlar bunu bilməlidirlər. Mən bu mesajı Azərbaycana qarşı qəbuledilməz planlar quran tərəflərə verirəm, səbrimizlə oynamayın. Biz səbirliyik, amma qətiyyətliyik. Haqlı olduğumuzu sübut edə bilərik və  bunu edirik. Bunu güclü olduğumuza görə yox, ədalət bizim tərəfimizdə olduğuna görə edirik”.

İlham Əliyev lokal xarakterli antiterror tədbirlərindən sonra ölkənin suverenliyinin tam təmin olunduğunu vurğulayıb və deyib:

"Bundan sonra sülh sazişini imzalamaq daha asan olacaq. Biz həm də sərhədlərin müəyyənləşdirilməsi üzərində fəal işləməliyik və uzun müddətdir davam edən bu münaqişəyə son qoymalıyıq. Azərbaycan sülh istəyir. Biz bu torpaqları bərpa etmək və soydaşlarımızı geri qaytarmaq istəyirik. Biz Qafqazda sülh və sabitliyin təmin olunmasını istəyirik. Bu mümkündür və seçim Ermənistanındır”.



Әlaqәli Xәbәrlәr