Azərbaycan Səhiyyə Nazirliyi:''Azərbaycan Ordusu antiterror tədbirləri zamanı192 şəhid verdi''

Azərbaycan Ordusunun Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı 192 şəhid verdiyi açıqlanıb.

2042888

Azərbaycan Səhiyyə Nazirliyindən verilən açıqlamada lokal xarakterli antiterror tədbirləri zamanı Müdafiə Nazirliyinin 180, Daxili İşlər Nazirliyinin isə 12 əməkdaşının şəhid olduğu bildirilib.
Açıqlamada 11 şəhid əsgərin şəxsiyyətinin məhkəmə tibb ekspertləri tərəfindən aparılan genetik ekspertizadan sonra müəyyən ediləcəyi, əməliyyatda 511 əsgərin yaralandığı bildirilib.
Açıqlamada Ermənistan ordusunun əməliyyat zamanı açdığı atəş nəticəsində 1 mülki şəxsin həlak olduğu, 1 mülki şəxsin yaralandığı vurğulanıb.
Azərbaycan ordusu konstitusiya quruluşunun bərpası məqsədilə sentyabrın 19-da Qarabağda lokal xarakterli antiterror əməliyyatına başlayıb.
Qarabağdakı qeyri-qanuni erməni silahlı qüvvələri təxminən 24 saat davam edən əməliyyatdan sonra silahlarını yerə qoyub.

Әlaqәli Xәbәrlәr