Xocalıda azərbaycanlılarla ermənilərin ikinci görüşü baş tutdu

Azərbaycan Prezident Aparatı Mətbuat Xidmətindən verilən məlumata görə ...

2041980
Xocalıda azərbaycanlılarla ermənilərin ikinci görüşü baş tutdu

 

  Azərbaycanın Qarabağ bölgəsinin Xocalı şəhərində azərbaycanlılarla Qarabağın erməni əhalisinin nümayəndələri arasında ikinci görüş oldu.

  Azərbaycan Prezident Aparatı Mətbuat Xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycandan Qarabağ bölgəsində yaşayan ermənilərlə görüşlərə cavabdeh olan Ramin Məmmədov iştirak edib.

  Xatırladaq ki, sentyabrın 19-da Azərbaycan ordusunun Qarabağda başladığı 24 saatlıq antiterror əməliyyatından sonra erməni silahlı dəstələri təslim olub və Ermənistan əhalisi ilə Azərbaycan nümayəndələri arasında dialoq prosesi başlayıb.

  Əməliyyatdan sonra sentyabrın 21-də Azərbaycanın Yevlax şəhərində Azərbaycan nümayəndələri ilə Qarabağdakı erməni əhalisinin nümayəndələri bir araya gələrək ilk görüşlərini keçiriblər.

  Görüş zamanı Qarabağda yaşayan erməni əhalinin reinteqrasiyası, rayonun infrastrukturunun bərpası, onların fəaliyyətinin tənzimlənməsi müzakirə olunub. Erməni əhalisinin nümayəndələri onların təcili ehtiyaclarının ödənilməsi üçün müraciətlə çıxış ediblər. Azərbaycan tərəfi də bu ehtiyacların qısa müddətdə ödəniləcəyini bildirib. Bundan sonra qısa müddətdə ikinci görüşün keçirilməsi də razılaşdırılmışdı.



Әlaqәli Xәbәrlәr