Ersin Tatar: "Azad iradəmizlə qurduğumuz dövlətimiz tanınmalıdır"

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti prezidenti Ersin Tatar zorla qəbul etdirilən həllə heç vaxt razı gəlməyəcəklərini bildirib.

2041803
Ersin Tatar: "Azad iradəmizlə qurduğumuz dövlətimiz tanınmalıdır"

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (KKTC) prezidenti Ersin Tatar zorla qəbul etdirilən həllə heç vaxt razı gəlməyəcəklərini bildirərək deyib:

"Azad iradəmizlə qurduğumuz dövlətimiz tanınmalıdır”. 

Şimali Kıbrıs Türk Cümhuriyyəti Prezident İdarəsindən verilən yazılı açıqlamaya görə, Tatar Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyasında iştirak etdiyi Nyu-Yorkda ölkəsinin vətəndaşları ilə görüşüb.

E.Tatar buradakı çıxışında xaricdə yaşayan Kıbrıs türklərinin birlik və bərabərlik içində olduqlarını və heç vaxt vətənlərindən ayrılmadıqlarını deyib.

Gələcək nəsillərin KKTC ilə əlaqələrini qoruyub saxlamasının vacibliyinə diqqət çəkən Tatar Türkiye Cümhuriyyətinin dəstəyinin vacib olduğunu vurğulayaraq deyib ki, prezident Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasındakı çıxışında Kıbrıs türklərinə qarşı haqsızlıqlara son qoyulması, təzyiqçi embarqo və təcridlərin aradan qaldırılması, KKTC-nin müstəqilliyinin qəbul edilməsi və tanınmasının vacibliyini dilə gətirdi, bu dəstək bütün dünyada haqq işimizin çatdırılması və qəbul edilməsi baxımından əhəmiyyətlidir.

Ersin Tatar Kıbrıs türk xalqının ədalətli mübarizəsinin dünyada özünə yer tapması üçün Kıbrısdakı ayrı-seçkiliyə son qoyulmalı olduğunu bildirib.

"Azad iradəmizlə qurduğumuz dövlətimizi tanımaq lazımdır” deyən dövlət başçısı Tatar belə əməkdaşlıq nəticəsində bütün regionun sabitlikdən faydalana biləcəyini bildirib.

Tatar Nyu-Yorkda BMT-nin Baş katibi Antonio Quterreşlə görüşündə Kıbrıs türk tərəfinin mövqeyini izah etdiyini və heç vaxt təzyiqlə ortaya qoyulan həlli qəbul etməyəcəklərini deyib.

Razılaşmanın ancaq azad iradə ilə görüşdən sonra edilə biləcəyini vurğulayan Tatar "Gələcəkdə razılaşma olacaqsa, o razılaşmanın bir tərəfi KKTC olacaq" deyib.



Әlaqәli Xәbәrlәr