Şimali Kıbrıs Türk Respublikası Azərbaycana dəstək verdi

Şimali Kıbrıs (Kipr) Türk Respublikasının (ŞKTC) baş naziri Ünal Üstel Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinə dəstək verib.

2039596

Baş nazir Ünal Üstel Azərbaycan ordusunun Qarabağda keçirdiyi hərbi əməliyyatla bağlı rəsmi ''Facebook'' səhifəsində paylaşım edib.

Əməliyyata dəstəyini ifadə edən Ünal Üstel deyib: “Bir millət üç dövlət olaraq gördüyümüz qardaş Azərbaycanın suveren ərazisi daxilində vətəndaşlarına qarşı aqressiv münasibəti və yeni statusları aradan qaldırmaq üçün apardığı haqlı mübarizəsini dəstəkləyirik. Bilinməlidir ki, Qarabağ Azərbaycandır! Kıbrısdakı türklər isə bu mübarizədə qeyd-şərtsiz sizinlədir”.

Әlaqәli Xәbәrlәr