Qarabağda 4 Azərbaycan polisi şəhid oldu

Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə yaydığı məlumatda yazılır ...

2039310
Qarabağda 4 Azərbaycan polisi şəhid oldu

 

  Qarabağda qeyri-qanuni erməni qüvvələrinin yerləşdirdiyi minanın partlaması nəticəsində 4 Azərbaycan polisi şəhid olub.

  Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə yaydığı məlumatda yazılır: “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus yük maşını Xocavənd rayonunun Əhmədbəyli-Füzuli-Şuşa yolunda gedərkən minaya düşüb. Keçiddə baş verən partlayışda 2 nəfər həyatını itirib. Hadisə yerinə gedən polis maşını başqa minaya düşüb, növbəti partlayış baş verib.

  Qeyri-qanuni erməni qüvvələrinin yerləşdirdiyi minanın partlaması nəticəsində 4 polis əməkdaşı şəhid olub.

  Terror aktı kimi qiymətləndirilən hadisə ilə bağlı araşdırmalara başlanılıb”.



Әlaqәli Xәbәrlәr