Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyə heyətini qəbul etdi
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki ...
2039186
Sentyabrın 19-da Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev ölkədə səfərdə olan Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin Hüquq Xidmətinin nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, qonaqları ölkədə görməkdən məmnunluğunu ifadə edən Baş Qərargah rəisi Azərbaycan Ordusunda hərbi qanunvericilik və Beynəlxalq humanitar hüququn tətbiqi ilə əlaqədar keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb.
Görüşdə hüquq xidmətinin təşkili, hərbi hüquqşünasların xidməti fəaliyyəti və digər sahələrdə ətraflı fikir mübadiləsi aparılıb.