Azərbaycan Baş Prokurorluğu məlumat yayıb

Azərbaycan Baş Prokurorluğu Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Şuşa şəhərinin iri çaplı silahlardan, o cümlədən minaatanlardan atəşə tutulduğunu açıqlayıb.

2039531
Azərbaycan Baş Prokurorluğu məlumat yayıb

Azərbaycan Baş Prokurorluğu Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Şuşa şəhərinin iri çaplı silahlardan, o cümlədən minaatanlardan atəşə tutulduğunu açıqlayıb. Məlumatda törədilən hücum nəticəsində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidməti mühəndisi, Vidadi Fərhadovun həyatını itirdiyi bildirilib.

Azərbaycan Müdafiə Nazirliyi Qarabağdakı qeyri-qanuni erməni silahlı qüvvələrinin açdığı atəş nəticəsində 2 Azərbaycan əsgərinin yaralandığını bildirib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, saat 11.45 radələrində Qarabağın Ağdam istiqamətində Azərbaycan ordusunun mövqeləri qanunsuz Ermənistan silahlı qüvvələri tərəfindən minaatanlardan və müxtəlif iri çaplı silahlardan atəşə tutulub.

Açıqlamada açılan atəş nəticəsində 2 əsgərin yaralandığı, Azərbaycan ordusunun bölmələrinin cavab atəşi açdığı qeyd edilib.

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağda erməni əsilli mülki şəxslərin hüquq və təhlükəsizliyinin təmin ediləcəyini bildirib və deyib:

“Azərbaycanın Qarabağ bölgəsindəki qeyri-qanuni separatçı marionet rejim özünü ləğv etməli və Ermənistan silahlı qüvvələri tərksilah edilməlidir”.

Hikmət Hacıyev verdiyi yazılı açıqlamada Azərbaycanın Qarabağda konstitusiya quruluşunun bərpası üçün başlatdığı antiterror əməliyyatı məsələsini qiymətləndirib.
Azərbaycan ordusunun Qarabağda qanuni hərbi hədəfləri yüksək dəqiqlikli silahlarla vurduğunu deyən Hikmək Hacıyev mülki əhalinin zərər görməsinin qarşısının alındığını bildirib.

Hikmət Hacıyev açıqlamasında həmçinin bu ifadələrə yer verib:

“Azərbaycanın Qarabağ bölgəsindəki qeyri-qanuni separatçı marionet rejim özünü ləğv etməli və Ermənistan silahlı qüvvələri tərksilah edilməlidir. Qarabağda erməni əsilli mülki şəxslərin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyası və beynəlxalq öhdəliklər çərçivəsində təmin ediləcək''.

 

 

 



Әlaqәli Xәbәrlәr