Sedat Önal: ''Azərbaycanın suverenlik hüquqlarına hörmət edilməlidir''

Türkiyenin BMT-dəki daimi nümayəndəsi Sedat Önal da Azərbaycanın suverenlik hüquqlarına hörmət edilməsinin vacibliyini vurğulayıb.

2025587
Sedat Önal: ''Azərbaycanın suverenlik hüquqlarına hörmət edilməlidir''

Avqustun 16-da BMT Təhlükəsizlik Şurası Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra yaranmış “humanitar böhranı”n müzakirəsi üçün təcili iclas keçirib.
Azərbaycan Ermənistanın irəli sürdüyü iddiaların “əsassız” olduğunu bəyan edib. Türkiyenin BMT-dəki daimi nümayəndəsi Sedat Önal da Azərbaycanın suverenlik hüquqlarına hörmət edilməsinin vacibliyini vurğulayıb.
Türkiyenin BMT-dəki daimi nümayəndəsi Sedat Önal Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının iclasında  (BMT TŞ) çıxış edib.
Sedat Önal deyib: "Biz bölgədə hərtərəfli sülh, sabitlik və əməkdaşlıq üçün tarixi fürsətin yarandığına inanırıq. Bu məqsədlə biz Ermənistanla tam normallaşma prosesinə sadiqliyimizi ifadə etmişik və bu istiqamətdə addımlar atmışıq. Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını qətiyyətlə dəstəkləməyə davam edirik''.

Regional normallaşmanın ancaq dialoq yolu ilə əldə oluna biləcəyini deyən Sedat Önal bildirib ki, Türkiye Ermənistanın BMT Təhlükəsizlik Şurası kimi beynəlxalq meydandan Laçın dəhlizi mövzusu daxil olmaqla siyasi motivli ittihamları bəyan etmək üçün istifadə cəhdlərindən narahatdır.

Sedat Önal deyib:''İlk növbədə, Azərbaycanın qanuni maraqlarını nəzərə almaq lazımdır. Həmçinin Azərbaycanın suverenlik hüququna hörmət etmək lazımdır. Azərbaycan artıq Laçın dəhlizi, Laçın yolunun sui-istifadəsindən, o cümlədən qanunsuz silahlı birləşmələrin, silah-sursatın, piyadaəleyhinə minaların daşınmasından narahatlığını bildirib. Lakin Azərbaycanın bu narahatlıqlar nəzərə alınmayıb”.



Әlaqәli Xәbәrlәr