"Ölkəmiz Şərqi Aralıq dənizində Türkiye və türk dövlətlərinin labüd qalasıdır", E.Tatar

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (KKTC) prezidenti Ersin Tatar ölkəsinin Şərqi Aralıq dənizində Türkiye və türk dövlətlərinin labüd qalası olduğunu bildirib.

2014333
"Ölkəmiz Şərqi Aralıq dənizində Türkiye və türk dövlətlərinin labüd qalasıdır", E.Tatar

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (KKTC) prezidenti Ersin Tatar ölkəsinin Şərqi Aralıq dənizində Türkiye və türk dövlətlərinin labüd qalası olduğunu bildirib.

E.Tatar prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Lefkoşada keçirilən KKTC-nin “20 İyul Sülh və Azadlıq Günü Rəsmi Mərasimi”ndə çıxış edib.

Şərqi Aralıq dənizindəki geosiyasi vəziyyətin karbohidrogen ehtiyatları üzərində böyük mübarizəyə çevrildiyini qeyd edən Tatar deyib:

“Müxtəlif aktyorların və qlobal güclərin Şərqi Aralıq dənizində türk suverenliyinin əsas dayağı olan Şimali Kıbrıs Türk Cümhuriyyətini sıradan çıxararaq və ana vətəni Türkiyeni Şərqi Aralıq dənizindən çıxararaq Şərqi Aralıq dənizinə hakim olmaq cəhdləri gərginliyə səbəb olur”. 

Gərginliyin əsas səbəblərindən birinin "Rum-Yunan ikilisinin mənfi rəftarları ilə silahlanma fəaliyyətlərinin davam etdirilməsi" olduğunu ifadə edən Tatar KKTC və Türkiyenin hüquq və mənafeləri ilə yanaşı strateji maraqlarını qorumaq, Mavi Vətəni müdafiə etmək üçün istənilən mübarizəni aparmağa davam etdiyini vurğulayıb.

Bu gün Kıbrıs adasında müharibənin deyil, sülhün, əmin-amanlığın və insan kimi yaşamağın 49-cu ildönümüdür” deyən Tatar ədalətli, daimi və davamlı həllin yalnız iki dövlətə söykənə biləcəyini bütün gücləri ilə hayqırmağa davam etdiklərini söyləyib.

Tatar "Birləşmiş Millətlər Təşkilatı və Avropa İttifaqı başda olmaqla digər ölkələrdən gözləntimiz Rum tərəfini təbii bərabərliyimizin tələbi olaraq xəbərdar etmək və onları suveren bərabərliyimizi və bərabər milli statusumuzu təsdiqləməyə məcbur etməkdir" deyib.



Әlaqәli Xәbәrlәr