Numan Kurtulmuş Azərbaycanda səfərdədir

Numan Kurtulmuş jurnalistlərə açıqlamasında Azərbaycanın qardaş ölkə və Cənubi Qafqazda Türkiyenin ən önəmli müttəfiqi olduğunu deyib.

2010256
Numan Kurtulmuş Azərbaycanda səfərdədir
Numan Kurtulmuş-Azerbaycan-2

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiye Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 12-də Bakıda Fəxri xiyabana gələrək Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Heyət daha sonra Şəhidlər xiyabanını ziyarət edib.

Nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüblər.

Həmçinin “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Sonra Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə əklil qoyulub, şəhidlik kitabəsinin üstünə gül dəstələri düzülüb.

Numan Kurtulmuş jurnalistlərə açıqlamasında Azərbaycanın qardaş ölkə və Cənubi Qafqazda Türkiyenin ən önəmli müttəfiqi olduğunu deyib.

“Türkiyenin həm Şimali Kıbrıs Türk Cümhuriyyəti, həm də Azərbaycanla olan münasibəti bizim üçün olduqca əhəmiyyətlidir", - deyə TBMM sədri vurğulayıb.

Numan Kurtulmuş bundan əvvəl Şimali Kıbrıs Türk Cümhuriyyətinə səfər edib. 



Әlaqәli Xәbәrlәr