Şarl Mişel İlham Əliyev və Nikol Paşinyanla görüşəcək

Mayın 14-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının sədri Şarl Mişel ilə görüşəcək.

1984494
Şarl Mişel İlham Əliyev və Nikol Paşinyanla görüşəcək

Mayın 14-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının sədri Şarl Mişel ilə görüşəcək.
Avropa Şurasından verilən yazılı açıqlamada Şarl Mişelin İlham Əliyev və Nikol Paşinyanla davam etdirdiyi dialoq çərçivəsində yeni görüşün Belçikanın paytaxtı Brüsseldə keçiriləcəyi açıqlanıb.
Açıqlamada qeyd olunub ki, tərəflər iyunun 1-də Moldovada keçiriləcək Avropa Siyasi Birliyinin (AST) sammiti çərçivəsində Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla da görüşəcək.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan ilk dəfə 2021-ci ilin dekabr ayında bir araya gəlmişdi. Görüşə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel ev sahibliyi etmişdi.



Әlaqәli Xәbәrlәr