Azərbaycanlı nazir Samsunda "Togg"u sürdü

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Samsunda Türkiyənin yerli avtomobili olan "Togg"u sürdü

1981124
Azərbaycanlı nazir Samsunda "Togg"u sürdü

 

  Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Samsunda Türkiyənin yerli avtomobili olan "Togg"u sürdü.

  Türkiyənin ticarət naziri Mehmet Muş Türkiyə-Azərbaycan Üstün Ticarət Anlaşması üçün Samsuna gələn M.Cabbarovla Bandırma Gəmi Muzeyində oldular.

  Mikayıl Cabbarov burada nümayiş etdirilən Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün eksponatlarına baxdı.

  Muzeydən çıxdıqdan sonra nazir Muş “Togg”un sükanı arxasına keçən Cabbarovun yanında əyləşdi.

  M.Cabbarov bir müddət maşını idarə etdi.



Әlaqәli Xәbәrlәr