Türkiyenin ilk yerli elektromobilinin ikincisi Prezident İlham Əliyevə təqdim edildi

İlham Əliyev "Türkiyenin ilk yerli “TOGG” elektromobilinin ikincisinin ölkəmizdə olması dostluq və qardaşlıq münasibətlərimizin təzahürüdür" deyib.

1969784
Türkiyenin ilk yerli elektromobilinin ikincisi Prezident İlham Əliyevə təqdim edildi
Azerbaycan-TOGG-4.jpg

"Türkiyenin ilk yerli “TOGG” elektromobilinin ikincisinin ölkəmizdə olması dostluq və qardaşlıq münasibətlərimizin təzahürüdür".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyenin sənaye və texnologiya naziri Mustafa Varankı qəbul edərkən deyib.

Dövlət başçısıTürkiyedə son illərdə həm müdafiə sənayesi, həm də mülki sənaye sahələrində yüksək texnoloji məhsulların istehsal olunduğunu qeyd edib. Azərbaycan Prezidenti vurğulayıb ki, bu, Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiye xalqının zəkası, istedadı və əməyi nəticəsində ərsəyə gəlib və “TOGG”-un istehsalına başlanması da bu baxımdan yaxşı nümunədir.

İ.Əliyev "TOGG"-un Azərbaycanda ikinci avtomobilinin olmasını dostluq və qardaşlıq münasibətlərinin təzahürü kimi qiymətləndirib.

Prezident Rəcəb Tayyib Ərdoğan isə Türkiyenin ilk yerli elektromobili “TOGG”-un Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunması ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

    “Qardaşım İlham Əliyev də Türkiyənin qüruru “TOGG”-u təhvil alıb. Xeyirli olsun. Allah gözəl günlərdə istifadə etməyi qismət etsin, qardaşım”.



    Әlaqәli Xәbәrlәr