Şimali Makedoniya Türk Mədəniyyət Mərkəzinin yaradılmasına qərar verdi

Şimali Makedoniyanın siyasi sistem və cəmiyyətlərarası əlaqələr nazirinin türk əsilli müavini Cabir Doko sosial media hesabında “Şimali Makedoniya Türk Mədəniyyət Mərkəzi yaratmaq qərarına gəldi”klərini bu sözlərlə paylaşıb...

1967096
Şimali Makedoniya Türk Mədəniyyət Mərkəzinin yaradılmasına qərar verdi

 

  Şimali Makedoniya hökuməti Nazirlər Şurasının 29 Mart 140-cı iclasında Şimali Makedoniya Türk Mədəniyyət Mərkəzinin yaradılmasına qərar verib.

  Şimali Makedoniyanın siyasi sistem və cəmiyyətlərarası əlaqələr nazirinin türk əsilli müavini Cabir Doko sosial media hesabında “Şimali Makedoniya Türk Mədəniyyət Mərkəzi yaratmaq qərarına gəldi”klərini bu sözlərlə paylaşıb: “Qarşıya qoyduğumuz məqsədləri reallaşdırmağa davam etdik. Əzmkar, vasvası və fədakar iş nəticəsində partiyamızın seçki proqramında bu mühüm layihəni reallaşdırdığımızdan çox məmnunuq.

  Qurumun işi dövlət büdcəsi hesabına təmin ediləcək. Bu, Şimali Makedoniya türklərinin mədəni dəyərlərini təbliğ etmək, müasir mədəniyyət və incəsənət sahəsində istedadlı türk gənclərinə özlərini ifadə etmək üçün imkanlar yaradacaq. Hökumətin bu təşəbbüsü Şimali Makedoniyanın çoxmillətli quruluşunun qorunub-saxlanılması və inkişafı baxımından böyük əhəmiyyət kəsb edir”.

  Qeyd edək ki, Cabir Doko Şimali Makedoniya hökumət koalisiyasına daxil olan Türk Fəaliyyət Partiyasından (THP) olan nazir müavinidir.



Әlaqәli Xәbәrlәr