Azərbaycanın Laçın rayonunda bir ərazidə yüzlərlə mina aşkar edilib

Sarıbaba yüksəkliyində qanunsuz erməni silahlılarının basdırdığı mina sahəsi aşkarlanıb

1868614
Azərbaycanın Laçın rayonunda bir ərazidə yüzlərlə mina aşkar edilib

Laçın rayonunun şərq hissəsində, Sarıbaba yüksəkliyinin şimal-qərb istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilib.

Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının bölmələri tərəfindən ərazinin kəşfi aparılıb. Aşkar edilmiş minalar xüsusi hazırlıq keçmiş istehkam qrupu tərəfindən zərərsizləşdirilib.

Avqustun 15-də minalanmış sahədən ümumilikdə 991 ədəd PMN-E növlü piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

 Qeyd edək ki, aşkar edilən minaların hamısı II. Qarabağ Müharibəsindən sonra, 2021-ci ildə Ermənistanda istehsal olunub.



Әlaqәli Xәbәrlәr