İƏT Azərbaycandakı ermənilərin hərəkətlərini pisləyən bəyanat yayıb
Baş Katiblik, eyni zamanda, Azərbaycan və Ermənistan arasında münasibətlərin qarşılıqlı tanınma, bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət əsasında həllinə çağırıb
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Azərbaycanın ərazisində qanunsuz erməni silahlı dəstələrinin avqustun 3-də Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutması nəticəsində hərbi qulluqçu Anar Kazımovun şəhid olmasını pisləyən bəyanat yayıb.
Bəyanatın mətnində qeyd olunub ki, İƏT Ermənistanı 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə və qanunsuz silahlı dəstələri Azərbaycan ərazisindən çıxarmağa çağırır.
İƏT Xarici İşlər Nazirləri Şurasının bu il martın 22-23-də Pakistan İslam Respublikasının İslamabad şəhərində keçirilmiş 48-ci sessiyasında qəbul etdiyi qətnaməni xatırladan Baş Katiblik, eyni zamanda, Azərbaycan və Ermənistan arasında münasibətlərin qarşılıqlı tanınma, bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət əsasında həllinə çağırıb.
İƏT-in Baş Katibliyi Azərbaycan şəhidinin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Әlaqәli Xәbәrlәr
Azərbaycan və Ermənistan 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun protokol imzaladılar
... Növbəti görüşün keçirilməsi tarixi və yeri işçi qaydada razılaşdırılacaq