Kəlbəcərin “İstisu” sanatoriyasının təməli qoyuldu
Prezident İlham Əliyev “İstisu” sanatoriyasının təməlini qoyub
Azərbaycan respublikasının prezidenti İlham Əliyev iyunun 26-da Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimində iştirak edib.
Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlət başçısına sanatoriyada görüləcək işlərlə bağlı məlumat verib.
Bildirilib ki, 34 hektar ərazidə salınması nəzərdə tutulan “İstisu” İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfər qəbul etmək imkanına malik olacaq. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, 10 kottecin tikilməsi də planlaşdırılır.
Diqqətə çatdırılıb ki, Kəlbəcərin İstisu kəndinin məşhur mineral suyu olan "İstisu" bulağı ətrafında 1928-ci ildə eyniadlı sanatoriya yaradılıb. İşğal dövründə yararsız hala salınan sanatoriya yeni simada tam bərpa olunacaq və əvvəlki şöhrəti qaytarılacaq.
Prezident İlham Əliyev “İstisu” sanatoriyasının təməlini qoyub.
Sonra dövlətimizin başçısı çıxış etdi.