"Qarabağ uğrunda müharibə Azərbaycanla Türkiyənin ortaq tarixi oldu", İ.Əliyev

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimində çıxışı zamanı ifadə edib

1826971
"Qarabağ uğrunda müharibə Azərbaycanla Türkiyənin ortaq tarixi oldu", İ.Əliyev
İlham Aliyev.jpg
aliyev-erdogan.jpg

 

  “Biz dünya miqyasında bir-birinə ən yaxın ölkələrik. Dövlətlərimiz çox böyük sınaqlardan keçib və keçir. Keçən il bizim qədim və tarixi şəhərimizdə - Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması bizim əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır. Atalarımızın vəsiyyətinə biz də sadiqik”. Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimində çıxışı zamanı ifadə edib.

  Rizeyə ilk dəfə səfər etdiyini deyən Azərbaycan prezidenti deyib: “Təyyarə ilə gələrkən pəncərədən bu gözəl mənzərəni seyr etdim və bura əziz qardaşıma dedim ki, “Bu yer cənnətə bənzəyir”. Rizenin, Artvinin, ümumilikdə Qara dəniz bölgəsinin gözəl, füsunkar təbiəti böyük sərvətdir. Amma ən böyük sərvət bu bölgənin insanlarıdır: mərd, vətənpərvər, döyüşkən, Türkiyə Cümhuriyyətinin keşiyində duran adamlar. Eşq olsun bu insanlara!”

  Rizə-Artvin hava limanının açılışında iştirak və çıxış edən İlham Əliyev yenidən Türkiyədə olmaqdan məmnunluğunu ifadə edərək bildirib: “Türkiyə gündən-günə inkişaf edir. Bu gün Türkiyə dünya miqyasında güc mərkəzi və söz sahibidir.

  Türkiyə ölkə daxilində böyük layihələr həyata keçirir. Bunlara hava limanları, bəndlər, yollar, məktəblər, xəstəxanalar daxildir. Bütün bunlar Türkiyənin gücünü göstərir.

  Prezident Rəcəb Tayyib Ərdoğan və Türkiyə xalqı İkinci Qarabağ Müharibəsinin ilk günündən (27 sentyabr) son gününə (10 noyabr 2020-ci il) qədər Azərbaycanın yanında durdular. Bu müharibə Azərbaycanla Türkiyənin ortaq tarixi oldu.

  Vətən müharibəmizdə Türkiyənin dəstəyini unutmayacağıq.

  Qarabağın yenidən qurulması üçün Türkiyə ilə birlikdə çalışırıq.

  Prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev Rize-Artvin Hava Limanının açılışından sonra mətbuata qapalı görüş keçiriblər. Birlikdə şam yeməyindən sonra isə Türkiyə prezidenti azərbaycanlı həmkarını Bakıya yola salıb.



Әlaqәli Xәbәrlәr