Azərbaycanda "Covid-19"la bağlı vəziyyət (3 may 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1821730
Azərbaycanda "Covid-19"la bağlı vəziyyət (3 may 2022)

 

  Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 6 yoluxma faktı qeydə alınıb, 18 nəfər müalicə olunaraq sağalıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 585 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub, onlardan 782 min 804 nəfər müalicə olunaraq sağalıb, 9709 nəfər vəfat edib. Aktiv xəstə sayı 72 nəfərdir.

  Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1667, bu günə qədər isə ümumilikdə 6 milyon 820 min 672 test icra olunub.

  Mayın 3-də Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyası əleyhinə 60 doza vaksin vurulub. Gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 0, ikinci doza vaksinlərin sayı 10, üç və daha çox doza vaksinlərin sayı 20, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 0-dır.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 653 min 700, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 340 min 336, ikinci mərhələ üzrə 4 milyon 840 min 610, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 232 min 372, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 240 min 382-dir.



Әlaqәli Xәbәrlәr