Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (1 may 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1821161
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (1 may 2022)

 

  Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 16 yoluxma faktı qeydə alınıb, 20 nəfər müalicə olunaraq sağalıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 578 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub, onlardan 782 min 781 nəfər müalicə olunaraq sağalıb, 9 min 709 nəfər vəfat edib. Aktiv xəstə sayı 88 nəfərdir.

  Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 856, bu günə qədər isə ümumilikdə 6 milyon 817 min 342 test icra olunub.

  Mayın 1-də Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyası əleyhinə 3 min 928 doza vaksin vurulub. Gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 283, ikinci doza vaksinlərin sayı 380, üç və daha çox doza vaksinlərin sayı 2962, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 303-dür.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 653 min 669, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 340 min 336, ikinci mərhələ üzrə 4 milyon 840 min 600, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 232 min 351, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 240 min 382-dir.



Әlaqәli Xәbәrlәr