Qazaxıstanda terror әmәliyyatları sona çatdırılıb

Qazaxıstanın  Almatı şәhәri başda olmaqla bir sıra şәhәrindә hәyata keçirilәn terrorla mübarizә әmәliyyatları sona çatdırılıb.

1768672
Qazaxıstanda terror әmәliyyatları sona çatdırılıb

Qazaxıstanın  Almatı şәhәri başda olmaqla bir sıra şәhәrindә hәyata keçirilәn terrorla mübarizә әmәliyyatları sona çatdırılıb.

Ölkәnin terrorla mübarizә qәrargahından verilәn mәlumatda  Almatı vә Jambıl şәhәrlәrindә hәyata keçirilәn  terrorla mübarizә әmәliyyatlarının sona çatması ilә ölkәdә terror tәhdidinin ‘‘qırmızı’’ sәviyyәsinin aradan qaldırıldığı bildirilib. Mәlumatda hәmçinin  bu ayın әvvәlindә 225 nәfәrin hәyatını itirmәsi ilә nәticәlәnәn aksiyaları tәşkil edәnlәrin tәsbit edilmәsi ilә bağlı fәaliyyәtlәrin davam etdirilәcәyi vurğulanıb.

Qazaxıstan Daxili İşlәr Nazirliyinin rәsmisi Sancar Adilov jurnalistlәrә bәyanat verәrәk   terrorla mübarizә әmәliyyatları çәrçivәsindә 515 silahın әlә keçirildiyini söylәyib.

Adilov saxlanılan 98 nәfәrin silah oğurlamaqda, 61 nәfәrin dә qanunsuz silah saxlamaqda tәqsirlәndirildiyini qeyd edib.

Qazaxıstan Baş Prokurorluğu isә mülki vәtәndaş itkilәri ilә bağlı istintaqın davam etdirildiyini açıqlayıb.

Qazaxıtanın Almatı şəhərində maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı yanvarın 2-dǝ başlayan etiraz aksiyaları toqquşmalarla nəticələnib. Ölkədə yaşanan hadisələr nəticəsində çox sayda  adam həyatını itirib, yüzlərlə təhlükəsizlik işçisi də yaralanıb.

Xatırladaq ki, Prezident Kasım-Jomart Tokayev bu sǝbǝbǝn hökumətin istefasını qəbul etmişdi  vǝ ölkǝdǝ fövqǝladǝ vǝziyyǝt rejimi elan etmişdi.

KTMT Kollektiv Təhlükəsizlik Şurasının  qəbul etdiyi qərarına uyğun olaraq, vəziyyəti sabitləşdirmək və normallaşdırmaq üçün təşkilatın Kollektiv Sülhməramlı Qüvvələri məhdud müddətə Qazaxıstana göndərilmişdi. 

Nur Sultan rәhbәrliyi nümayişçilәrin ictimai binaları işğal etmәsi, odlu silahdan istifadә etmәsi vә vәtәndaşların әmlakına zәrәr vermәyә davam etmәsi sәbәbindәn tәhlükәsizlik qüvvәlәrinә terror әmәliyyatı keçirmәlәri ilә bağlı göstәriş vermişdi.



Әlaqәli Xәbәrlәr