Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (25 yanvar 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1768157
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (25 yanvar 2022)

 

  Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 2468 yoluxma faktı qeydə alınıb, 5197 nəfər müalicə olunaraq sağalıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.

  İndiyədək ölkədə ümumilikdə 636 min 956 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub, onlardan 617 min 791 nəfər müalicə olunaraq sağalıb, 8632 nəfər həyatını dəyişib. Aktiv xəstə sayı 10 min 533 nəfərdir.

  Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 525, bu günə qədər isə ümumilikdə 6 milyon 81 min 949 test icra olunub.

  Yanvarın 25-də Azərbaycanda 31 min 667 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3250, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2878, “buster” doza ilə peyvənd olunanların sayı isə 25 min 539 nəfər təşkil edib.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 845 min 510, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 217 min 380, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 732 min 155 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 895 min 975 nəfərdir.



Әlaqәli Xәbәrlәr