Putinlə Tokayev arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putinlə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.

1762155
Putinlə Tokayev arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putinlə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.

Kremlin Mətbuat Xidmətinin məlumatına görə, iki ölkə prezidentləri sülhməramlıların Qazaxıstandakı fəaliyyətini müzakirə ediblər.

Qazaxıstan Prezidenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının səmərəli fəaliyyətini nəzərə alaraq ölkədə, nəhayət, asayişin bərpası üzrə tədbirlər haqqında məlumat verib.

Telefon söhbətində sülhməramlı kontingentin Qazaxıstan ərazisindən razılaşdırılmış şəkildə çıxarılmasına başlanması ilə bağlı məsələlərə dair fikri mübadiləsi aparılıb.



Әlaqәli Xәbәrlәr